Braziliyanın "Botafoqo” klubunun sabiq futbolçusu Everton Eleno törətdiyi cinayətin cəzasını çəkəcək.
Fanat.Az Braziliya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 7 il 6 ay dəmir barmaqlıqlar arxasında qalacaq. Oğurluqda günahlandırılan Eleno zərərçəkənin şikayəti əsasında həbs edilib.
Elenonun "Botafoqo”yla olan müqaviləsinə bu ilin yayında xitam verilib.
Fanat.Az