Qatarda "Əl Qafiyə"nin formasını geyən braziliyalı futbolçu Kendrik Kosta ölkəsinin Quaruja şəhərində qətlə yetirilib.
Fanat.Az xəbər verir ki, şəhərin Pae Kara bölgəsində küçənin ortasında öldürülən futbolçunun bu gün Qatara uçması gözlənilirdi.
Polisin verdiyi bilgiyə görə motosikletli bir oğru tərəfindən çantası oğurlanmağa çalışılan braziliyalı müqavimət göstərərkən tapançadan açılan atəş nəticəsində üzündən ağır yaralanıb.
Buna baxmayaraq 24 yaşlı "sambaçı" aparıldığı xəstəxanada həyatını itirb. Qatil isə hələ də axtarılır.
Fanat.Az