Braziliyanın Paulista çempionatının A2 liqasında çıxış edən "İndependente” klubun üzvü Kayo Felipe Santos Silva 22 yaşında dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, klubun rəsmi "Facebook” səhifəsində başsağlığı yerləşdirilib.
Müdafiəçinin ölüm səbəbinə gəlincə, bədbəxt hadisə aprelin 28-də baş verib. Bir qədər əylənmək qərarına gələn gənc oyunçunun çərpələngi yüksək gərginlikli elektrik naqilinə toxunub.
Fanat.Az