Braziliyalı futbolçu 25 yaşında dünyasını dəyişdi

Braziliyalı futbolçu 25 yaşında dünyasını dəyişdi
Portuqaliyanın "Alverka” klubunun formasını geyinən braziliyalı yarımmüdafiəçi Aleks Apolinario dünyasını dəyişib.
 
Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 25 yaşlı yarımmüdafiəçinin bu gün xəstəxanada keçindiyi diqqətə çatdırılıb. Onun ölümünə ürəktutması səbəb olub.
 
Qeyd edək ki, Aleks Apolinario yanvarın 3-də 3-cü liqanın "Almeyrim"lə matçında infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər