Braziliya millisinin vunderkindi "Barselona" yolunda - Bu məbləğə istəyirlər 

Braziliya millisinin vunderkindi "Barselona" yolunda - Bu məbləğə istəyirlər 

"Barselona" heyətini yeni braziliyalı ilə gücləndirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Goal" yayıb.

Xəbərə görə, Kataloniya klubu "Atletiko Paranaense"nin hücumçusu Vitor Rokeni rənglərinə bağlamaq üçün hərəkətə keçib. Mənbə "Barsa"nın 18 yaşlı oyunçuya görə qarşı tərəfə 45 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb. İspaniya nəhənginin indilik qarşı tərəfə rəsmi təklif göndərmədiyi də diqqətə çatdırılıb. 

Qeyd edək ki, artıq Braziliyanın əsas millisində debüt etməyə də imkan tapan Rokenin klubu ilə olan müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər