"Borussiya"nın futbolçusu "Barselona"nın "radar"ında

"Borussiya"nın futbolçusu "Barselona"nın "radar"ında
Dortmund "Borussiya"sının oyunçusu Rafael Qerreyru karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "A Bola"ya istinadən xəbər verir ki, "Barselona" Qerreyru ilə yaxından maraqlanır. "Katalonlar" Lautaro Martinesin qarşılığında Xunior Firponu "İnter"ə göndərəcəyi təqdirdə, onun mövqeyi boş qalacaq. Bu səbəbdən "blauqrana" indidən axtarışlara başlayıb.
"Barselona"nın sol laterallar arasında prioritet hədəfi Qerreyrudu. Portuqaliyalı futbolçu ilə yanaşı, siyahıda Xuan Bernat (PSJ), Nikolas Talyafiko ("Ayak"), Pervis Estupinyan ("Osasuna") və Anxelinyonun ("Mançester Siti", icarə əsasında "Layptsiq"də çıxış edir) adları var.
Cari mövsümdə Bundesliqada 25 matçda meydana çıxan 26 yaşlı Rafaelin aktivində 8 qol var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər