"Borussiya Dortmund"un yayda "Bayern Münhen"dən transfer etdiyi millinin müdafiəçisi Niklas Süle Almaniya Kubokunda, "1860 Münhen" ilə matçda budundan zədə aldığı üçün Bundesliqanın startını buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "Kicker" məlumat yayıb.
Almaniya qəzetinin yazdığına görə, 26 yaşlı müdafiəçi 2-3 həftə oynamayacaq. Onun avqustun 6-da "Bayer Leverkuzen"lə mövsümün açılış matçında iştirak etməyəcəyi dəqiqdir. Güman olunur ki, müdafiəçi avqustun 12-də "Frayburq"a, həmçinin avqustun 20-də "Verder Bremen"ə qarşı da oynamayacaq.
Mirağa