Blatter: "Futbol Kipri birləşdirəcək"

Blatter: "Futbol Kipri birləşdirəcək"
FIFA prezidenti Zepp Blatter Kipr futbolunun birləşməsi ilə bağlı aparılan işlərlə bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, katoliklərin dini lideri Papa Françeskonu ziyarət edən ali futbol qurumunun rəhbəri Əcnəbi Mətbuat Birliyində mətbuat konfransı akeçirib.
Blatter konfransda türk jurnalistin Kiprlə bağlı sualını cavablandırıb. FİFA rəhbəri 5 noyabrda Sürixdə Cənubi və Şimali Kiprin futbol federasiyalarının birləşməsi barədə imzalanan protokolun adanın birləşməsinə səbəb olacağını bildirib: "Kipr problemi üçün planlarımız var. 6 ildi bununla məşğuluq. Maddələr tam olaraq qəbul edildi. Cənubi Kipr razılaşıb. İndi türk tərəfinin razılığını gözləyirik. İnanıram ki, Şimali Kipr Türk Cumhuriyyəti ayın sonunadək öz razılığını verəcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər