"Qalatasaray"ın futbolçusu Hamit Altıntopun bir müddətdi birlikdə olduğu sevgilisinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, Türkiyə millisinin üzvü Şimali Kiprdən olan müğənni Ziynet Sali ilə görüşməyə başlayıb.
Onların ortaq bir dostlarının doğum günündə tanış olduğu və artıq 7 aydı görüşdükləri, həmçinin münasibətlərini mətbuatdan gizli saxladıqları deyilir.
Xəbəri Ziynet Sali özü təsdiq edib. Lakin Hamitlə münasibətlərinin qısa sürdüyünü və ayrıldıqlarını bildirib: "Hamit çox yaxşı insandı. Onunla münasibətlərimizin davam etməsini istəyirdim. Çalışdıq, amma olmadı. Artıq başqa biri ilə birlikdəyəm. Adını açıqlamaq istəmirəm, amma biznesmen olduğunu deyə bilərəm".
Fanat.az