"Barselona"nın prezidenti Juan Laporta Kataloniya klubunun hakimlərə rüşvət verməsi ilə bağlı iddialarına cavablandırıb.
Fanat.Az xəbər verir ki, futbol funksioneri sosial şəbəkə hesabında paylaşım edərək azarkeşlərə səslənib:
“Azarkeşlər sakit ola bilərlər. "Barselona" ittiham olunduğu şeydə günahsızdır və şərəfinə xələl gətirmək istəyənlərin hərtərəfli kampaniyasının qurbanı olub. Bunda təəccüblü heç nə yoxdur. Biz “Barselona”nı müdafiə edəcəyik və klubun günahsız olduğunu sübut edəcəyik. Çoxları öz səhvlərini düzəltməli olacaqlar”.
Xatırladaq ki, daha öncə "Barselona"nın 2016-2018-ci illər aralığında Neqreyraya 1,4 milyon avro ödədiyi bəlli olub. "Blauqrana" rəsmiləri bu məbləği sözügedən futbol məmuru onlara gənc oyunçular və hakim idarəçiliyi haqda müntəzəm hesabat hazırladığı üçün verdiklərini bildiriblər. Neqreyranın özü də "Barsa"ya konsaltinq xidmətləri göstərdiyini və qarşılığında pul aldığını söyləyib. Tərəflərin açıqlamalarına rəğmən, yerli prokurorluq və futbol ictimaiyyəti "Barselona"nı hakimlərə rüşvət verməkdə suçlamağa davam edir.
Mirağa