"Bizə ən yaxşı futbolçular lazımdır" - Ten Haq yeni transferlər istəyir

"Bizə ən yaxşı futbolçular lazımdır" - Ten Haq yeni transferlər istəyir

Çempionlar Liqasında oynayacağı dəqiqləşən "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın güclənməli olduğunu bildirib.

Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:

"İnkişaf üçün yaxşı bazamız var, amma standartlar və tələblər artmalıdır. Biz yayda indiki heyətlə işləməyə davam edəcəyik. Bununla belə, güclənməyimiz də şərtdir. Hə, titul uğrunda mübarizə aparmaq istəyirik. Hədəflə reallıq üst-üstə düşməlidir. İndiki vəziyyətdə çempionluqdan danışmaq olmaz. Çox işləməliyik və ən yüksək yerlər uğrunda mübarizə aparmaq istəyiriksə, bizə ən yaxşı futbolçular lazımdır". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər