"Barselona"nın vunderkindi Lamin Yamal İspaniya mətbuatına maraqlı açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:
"Yadımdadır, bir dəfə 4 yaşım olanda küçəyə çıxdım və atamla əmim oğlunun parkda futbol oynadıqlarını gördüm. Bu oyunu həmin andan sevirəm. Uşaqlıqda evdəkindən çox küçədə vaxt keçirmişəm. Həmişə futbol oynayırdım. Çox balaca olanda məni qapıya qoyurdular. Tez-tez üzümə top dəyir, evə gözlərimin altı göyərmiş vəziyyətdə gəlirdim. Amma bu, məni əsla narahat etmirdi".
Xatırladaq ki, "Barselona"nın yetirməsi olan Yamal 2023-cü ilin yayından əsas komandanın formasını geyinir. Cari mövsüm Kataloniya təmsilçisinin forması ilə bütün turnirlərdə 34 matça çıxan 16 yaşlı hücumçu 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.