Berti Foqts yeni müqavilədən danışdı

Berti Foqts yeni müqavilədən danışdı

Milli komandamızın baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XVII turunun “Bakı” - “Qarabağ” matçını izləyib. Fanat.az xəbər verir ki, alman mütəxəssis oyundan sonra açıqlamasında oyunun ikinci hissəsindən razı qaldığını bildirib.

O, hər iki komandadakı millimizin oyunçularından “Bakı”nın hücumçusu Rauf Əliyevi fərqləndirib: “Əliyev ilk qolun ötürməsini verdi və ikinci qolu vurdu”. 

Foqtsun AFFA ilə hazırkı müqaviləsi dekabrın 31-də başa çatır. AFFA İcraiyyə Komitəsinin dekabrın 18-də keçiriləcək iclasında onunla müqavilənin daha 2 il müddətinə uzadılacağı gözlənilir. Lakin 67 yaşlı mütəxəssis bu məsələnin hələ rəsmiləşmədiyini açıqlayıb: “Yox, hələ növbəti müddətə də baş məşqçi olacağımı deyə bilmərəm. Bura gəlməyimdə məqsəd dekabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi üçün Azərbaycan yığmasının ən yaxşı futbolçusunu seçməkdən ibarət idi”.

Lakin baş məşqçi konkret hansı futbolçuya səs verəcəyini açıqlamayıb. 

lent.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər