Bernardo Silva “Benfika”da?

Bernardo Silva “Benfika”da?

Bernardo Silva "Mançester Siti"ni "Benfika" ya dəyişəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, "A Bola" portuqaliyalının sözlərini belə çatdırır:

“Bir gün qayıtmaq istədiyimi heç vaxt gizlətməmişəm. Biz nəyin mümkün olduğunu zamanla görəcəyik və bu barədə hər zaman danışmağa dəyməz, çünki insanlar yorulur. İndi mənim hörmət edilməli olan müqaviləm var. Maliyyə baxımından Portuqaliya futbolu elə bir vəziyyətdədir ki, Almaniya, İngiltərə, İspaniya və hətta Fransa komandaları ilə rəqabət apara bilmir. Transfer qiyməti 50 milyon avro civarında olan futbolçunun Portuqaliya klubuna  transfer olacağı mümkün deyil".

Qeyd edək ki, Silva 2017-ci ildən "Mançester Siti"nin şərəfini qoruyur.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər