"Benfika"nın sadiq "sambaçı"sı futboldan getdi

"Benfika"nın sadiq "sambaçı"sı futboldan getdi

Portuqaliyanın "Benfika” klubunun müdafiəçisi Luizao futbolçu karyerasını başa vurub.

 

 

Fanat.Az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

 

 

Braziliyalı futbolçu 37 yaşında karyerasını bitirməyə qərar verib. O, klub tərəfindən təşkil olunan vida mərasimində "Benfika” azarkeşləri ilə vidalaşıb.

15 ildi "Benfika” forması geyinən Luizao, 2003-cü ildə Braziliyanın "Kruzeyro” klubundan transfer edilib. Uzun müddət bu komandanın kapitanı olan futbolçu Portuqaliya klubunda 552 matça çıxıb.

 

 

O, 46 dəfə də Braziliya millisinin də formasını geyinib.

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər