"Benfika"dan Ukraynaya yardım - VİDEO

"Benfika"dan Ukraynaya yardım - VİDEO

"Benfika" Rusiya ilə müharibə nəticəsində zərər çəkmiş Ukrayna vətəndaşlarına kömək etmək üçün aksiya təşkil edib.

Fanat.Az "Sport.ua"ya istinadən xəbər verir ki, martın 3-dən 5-dək Portuqaliya klubu yeni doğulmuş uşaqlar üçün qida, tibbi ləvazimatlar və əşyalar toplayacaq və humanitar yardım Ukraynaya göndəriləcək.

Tanıtım çarxının çəkilişində ukraynalı hücumçu Roman Yaremçuk iştirak edib.

“Sevginiz və həmrəyliyiniz üçün təşəkkür edirik. Biz birlikdə Ukraynaya kömək edəcəyik”, - deyə Yaremçuk bildirib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər