"Benfika"da oynamağı çox arzulayıram" - "Barselona"nın futbolçusu gizlətmədi

"Benfika"da oynamağı çox arzulayıram" - "Barselona"nın futbolçusu gizlətmədi

"Barselona"nın cari mövsümün sonuna qədər "Mançester Siti"dən icarəyə götürdüyü sağ cinah müdafiəçisi Joau Kanselu "Benfika"ya qayıtmaq istəyini dilə gətirib.

Fanat.Az xəbər verir ki, onun dediklərini "Som-Hi Serem" belə çatdırıb:

"Benfika"da oynamağı çox arzulayıram. Bu variant həmişə qüvvədədir. Amma daha iki-üç il "Barselona"da qalmaq niyyətindəyəm".

Daha öncə Kanselunun agentinin "Mançester Siti" rəhbərliyi ilə görüşərək müştərisinin 20 milyon avroya Kataloniya təmsilçisinə satılmasını xahiş edəcəyi barədə məlumatlar yayılıb.

Cari mövsüm "Barsa" forması ilə bütün turnirlərdə 32 matça çıxan kanselu 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər