"Benfika" Ramuşun yerinə meksikalı bombardiri gətirəcək

"Benfika" Ramuşun yerinə meksikalı bombardiri gətirəcək

Portuqaliyanın "Benfika" klubu PSJ və "Real Madrid" kimi Avropa nəhənglərinin transfer siyahısında olan Qonsalu Ramuşa əvəzləyici tapıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Record" yayıb.

Xəbərə görə, Ramuş yayda satılacağı halda, Lissabon təmsilçisi "Feyenoord"un meksikalı hücumçusu Santyaqo Ximenesi rənglərinə bağlamağa çalışacaq.

Qeyd edək ki, 21 yaşlı Ximenes bu mövsüm "Feyenoord" forması ilə bütün turnirlərdə 39 oyuna çıxaraq 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər