Bellingemin “Real”a transferi rəsmən açıqlandı

Bellingemin “Real”a transferi rəsmən açıqlandı

İspaniyanın "Real" klubu Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Cud Bellingemi transfer edib.

Fanat.Az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb.

20 yaşlı yarımmüdafiəçi "kral klubu" ilə 6 illik müqavilə imzalayacaq.

Madridlilər İngiltərə millisinin üzvü üçün "Borussiya"ya 103 milyon avro təzminat ödəyəcək. Oyunçunun yeni komandasında illik məvacibi isə təqribən 10-12 milyon avro təşkil edəcək.

Xatırladaq ki, Cud Bellingem ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində 31 oyuna 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər