Belçika millisinin vingeri "Yuventus"a keçə bilər

Belçika millisinin vingeri "Yuventus"a keçə bilər

"Napoli"nin sabiq vingeri Dris Mertens karyerasını "Yuventus"da davam etdirə bilər.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin klubu hazırda azad agent statusu daşıyan Dris əməkhaqqı tələbini qarşılamağa hazırdır.

Xəbərə görə, cinah hücumçusu yeni klubunda illik 5 milyon avro maaş almaq istəyir və bu, onun indiyə qədər özünə iş yeri tapa bilməməsinin əsas səbəbidir.

Qeyd edək ki, 33 yaşlı Mertens 2013-cü ildən formasını geyindiyi "Napoli"dən bu yay ayrılıb. O, 2011-ci ildən Belçika millisinə dəvət alır.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər