Əfsanəvi ingilis futbolçu Devid Bekhem futbolçu karyerasını başa vurması ilə bağlı açıqlama verib. “Sky Sports”a müsahibəsində 38 yaşlı oyunçu qeyd edib ki, futboldan doğru zamanda gedir: “Hələ də yüksək səviyyədə mübarizə aparacağımı düşünürəm. Son altı ayda da bunu sübut etdim. Amma futbolu məhz zirvə nöqtəsində buraxmaq daha münasib olardı ki, bunu da etdim”.“Futbolçu karyeranızı bitirməklə bağlı qəti qərarı nə vaxt verdiniz” sualına Bekhem yarızarafat, yarıciddi belə cavab verib: “Yəqin ki, Messi meydanda topla mənim yanımdan sürətlə keçib, sonra da məni "aldadanda"! Futbol həyatımda çox şanslı olmuşam. Ötən il ABŞ-da, bu il isə PSJ ilə Fransada çempion adını qazandım. Məncə, bundan sonra futboldan getmək ən yaxşı addım olardı”.Bekhem insanların onu çalışqan bir futbolçu olaraq xatırlamalarını istədiyini deyib: “Mən futbol sevgisiylə alışıb-yanan biri olmuşam. Meydana çıxdığım hər oyunda həmişə həyəcanlı olmuşam. Ümid edirəm, azarkeşlər məni məhz belə xatırlayacaqlar”.Qol.az
Bekhem futboldan getmə səbəbini açıqladı
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
18:56
04.10.2026
Millətlər Liqası: Azərbaycan Litvanı məğlub etdi
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"