Ötən mövsümün sonunda PSJ-dən ayrılan və karyerasını bitirən Devid Bekhem yaşı meydanlara qayıda bilər. Fanat.az xəbər verir ki, ingilis ulduzu Boliviya çempionu "Bolivar" futbola qaytarmaq istəyir.
Klubun sahibi Marselo Klaure Bekhemlə bağlı planlarını açıqlayıb. Klaure bildirib ki, 38 yaşlı veteran futbolçunu Libertadores Kubokunda oynatmaq istəyirlər: "Onu klubumuza gətirmək üçün əlimizdən gələn hər şeyi edirik. Az da olsa, belə ehtimal var".
Qeyd edək ki, Bekhem karyerası ərzində "Mançester Yunayted", "Real", "Los Anceles Qalaksi" və PSJ-nin formasını geyinib. O, 4- ölkədə - İngiltərə, İspaniya, ABŞ və Fransa çempion olan ilk ingilis futbolçudu.
Fanat.az