"Bayern"in transfer siyahısı açıqlandı - Söhbət bu 10 futbolçudan gedir

"Bayern"in transfer siyahısı açıqlandı - Söhbət bu 10 futbolçudan gedir

"Bayern Münhen"in mövsümlərarası fasilə üçün transfer siyahısı bəlli olub.

Fanat.Az xəbər verir ki, transfer siyahısını alman jurnalist Kristian Falk əldə edərək sosial şəbəkə hesabında paylaşıb.

Siyahıda Almaniya nəhənginin müqavilə imzalamaq istədiyi on futbolçunun adı var: müdafiəçilər Kim Min Ce ("Napoli"), Pau Torres ("Vilyarreal"), Mikki van de Ven ("Volfsburq") və Kayl Uoker ("Mançester Siti"); yarımmüdafiəçilər Pyer-Emil Heybjerq ("Tottenhem") və Kay Havertz ("Çelsi"), həmçinin hücumçular Randal Kolo Muani ("Ayntraxt Frankfurt"), Duşan Vlahoviç ("Yuventus"), Harri Keyn ("Tottenhem") və Viktor Osimhen ("Napoli").

“Bayern Münhen” mövsümü qalib başa vuraraq ardıcıl 11-ci, tarixdə isə 33-cü dəfə Almaniya çempionu olu.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər