“Bayern”dən 50 milyonluq transfer

“Bayern”dən 50 milyonluq transfer

“Bayern” növbəti transferini rəsmiləşdirib.

Fanat.Az xəbər verir ki, Münhen klubu Cənubi Koreya yığmasının və “Napoli”nin mərkəz müdafiəçisi Kim Min Jaeni heyətinə qatıb.

26 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalanıb. “Bayern” bu transfer üçün İtaliya çempionuna 50 milyon avro ödəyib.

“Napoli”yə ötən yay keçən Kim bu komandada 45 oyuna çıxıb, 2 qol vurub. O, “Fənərbaxça”, “Jeonbuk”, “Beijing Guoan” kimi klublarda da oynayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər