“Hoffenhaym”ın iki futbolçusu – müdafiəçi Niklas Züle və yarımmüdafiəçi Sebastyan Rudi “Bavariya”ya keçib. Fanat.Az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, hər iki futbolçu mövsümün sonunadək “Hoffenhaym”da qalacaq.
2017-ci ilin iyul ayının 1-dən münhenlilərin sıralarına qoşulacaq Rudiylə 3, Züleylə 5 illik müqavilə imzalanıb.
Fanat.Az