Tyaqo Alkantara "Bavariya"nı tərk edə bilər.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, "Bavariya" 40 milyon avro qarşılığında Tyaqo ilə yolları ayırmağa hazırdı. 29 yaşlı futbolçunu transfer etməyə cəhd edən "Liverpul" isə maksimum 20 milyon avro ödəmək niyyətindədi.
Tyaqo 2019-20 mövsümündə 36 matçda meydana çıxıb və 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı ispan oyunçunun transferini 48 milyon avro dəyərində qiymətləndirir.
Fanat.Az