"Bavariya" mövsümün sonunda komandadan ayrılması gözlənilən Aryen Robben və Frank Riberi ilə bağlı qərar verib.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Münhen klubu 34 yaşlı holland ulduzla 35 yaşlı fransız futbolçunun müqaviləsini uzatmaq qərarına gəlib. Klub rəhbərliyi futbolçuların cavabını gözləyir.
Qeyd edək ki, Robben "Bavariya"ya 2009-cu ildə "Real Sosyedad"dan 24 milyon avroya transfer olunub. Holland hücumçu cari mövsümdə meydana çıxdığı 30 matçda 7 qol vurub və 10 məhsuldar ötürmə edib.
Riberi isə 2007-ci ildə "Marsel"dən 30 milyon avroya alınıb. 35 yaşlı ön xətt oyunçusu bu mövsüm meydana çıxdığı 28 matçda 6 qol vurub və 5 qolun ötürməsini verib.
Fanat.Az