Türkiyə "Kayserispor”unun "sükan”ı millimizin sabiq çalışdırıcısı Robert Prosineçkiyə tapşırılıb. Fanat.Az xəbər verir ki, bunu klubun prezidenti Berna Gözbaşı sosial şəbəkə hesabında yazıb. Başqan 2012/13 mövsümündə Kayseri təmsilçisini matçlara çıxarmış mütəxəssislə anlaşdıqlarını bildirib:
"Robert Prosineçki ilə anlaşdıq. Yarıda qalmış hekayəni tamamlamağa gəlir. Camiəmizə xeyirli olsun. Super Liqada qalmaq bizim üçün çox önəmlidir. Anlaşmamızın müddəti mövsümün sonuna qədərdi. Elitada qalsaq, yenidən masa arxasına oturacağıq”. Qeyd edək ki, son olaraq Bosniya və Herseqovina seçməsini çalışdıran Prosineçki 2014-2017-ci illərdə yığmamızda əsas söz sahibi olub.
Fanat.Az