Baş nazir: "Həyat yoldaşım "Yuventus" azarkeşidi"

Baş nazir: "Həyat yoldaşım "Yuventus" azarkeşidi"

İtaliyanın baş naziri Enriko Letta futbolla bağlı maraqlı açıqlamalar verib. Fanat.az xəbər verir ki, "Milan" fanatı olan hökumət rəhbəri "Gazzetta dello Sport"a danışıb.

Jurnalist Lettaya "italyanların dələduz uşağı" adlandırılan Mario Balotelli ilə bağlı sual verib. Baş nazirin isə "Balotelli ilə görüşsəniz, nə deyərsiniz" sualına belə cavab verib: "Ona deyərəm ki, etdiyin hər hərəkəti uşaqlar izləyir və səni örnək götürürlər. Oyunçular xüsusən hakimlərə qarşı hərəkətlərinə diqqət etməlidi".

47 yaşlı baş nazir bəyəndiyi futbolçuların adlarını açıqlayıb. Məlum olub ki, İtaliyanın hökumət rəhbəri "İnter"in argentinalı kapitanı Xavyer Zanetti və "Milan"ın braziliyalı futbolçusu Kakanın oyununu bəyənir. Hər iki oyunçunun hakimlərə hər zaman hörmətlə yanaşdığını deyən Letta azarkeşi olduğu "Milan"da son dövrlər baş verənlərlə bağlı da danışıb. Baş məşqçi Massimiliano Allegrini bəyənib-bəyənməməsi ilə bağlı suala nazirin cavabı belə olub: "Mənim doğulduğum Pizanın əzəli rəqibi olan Livornoda dünyaya gəlsə də, məşqçi kimi onu bəyənirəm".

Silvio Berluskoninin qızı Barbara ilə klubun uzun illik vitse-prezidenti Adriano Qalliani arasındaekı böhrana münasibət bildirən Letta "Silvio Berluskoni istefa vermək istəyən Qallianiyə etimad göstərməklə doğru addım atdı" deyib.

Berluskoni ilə bir neçə dəfə futbol barədə danışdıqlarını bildirən baş nazir onun fanat olduğunu qeyd edib. 

3 uşat atası Letta həyat yoldaşı Gianna Freqonaranın "Yuventus" azarkeşi olduğunu bildirib: "Evdə "Yuventus" üstünlüyü var. Çünki iki oğlum - Lorenzo ve Franksko analarının komandasına azarkeşlik edirlər. Cakamo isə mənim kimi "Milan"lıdı". 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər