Baş məşqçi futbolçuya kəllə atıb. Fanat.az xəbər verir ki, hadisə İngiltərə Premyer Liqasının "Nyukasl" - "Hall Siti" oyununda baş verib.
"Nyukasl"ın 4:1 hesablı qələbə qazandığı matçın 52-ci dəqiqəsində baş məşqçi Alan Pardev bir epizoddan sonra əsəblərinə hakim ola bilməyərək "Hall Siti"nin yarımmüdafiəçisi David Meyleri kələl ilə vurub.
Pardev matçdan sonra baş verənlərə görə üzr istəyib. "Nyukasl" rəsmi açıqlama yayaraq baş məşqçinin hərəkətini "qəbul edilməz" adlandırıb və onun 100 min funt-sterlinq cərimələndiyini elan edib. Artıq İngiltərə Futbol Federasiyası da onunla bağlı araşdırmalara başlayıb.
Fanat.az