Baş məşqçi futbolçunu məşqdən qovdu

Baş məşqçi futbolçunu məşqdən qovdu
Həftəsonu futbol üzrə Türkiyə Super Liqasında “Beşiktaş”la üz-üzə gələcək “Fənərbaxça”nın məşqində 2 şok olay baş verib. Fanat.az xəbər verir ki, əvvəlcə Əmrə Belezoğlu ayağını çimə vuraraq, xəsarət alıb.
 
Tibbi müayinə nəticəsində onun zədəsinin ciddi olduğu və mövsümün ilk yarısında bir daha meydana çıxmayacağı açıqlanıb. Digər tərəfdən, baş məşqçi Ersun Yanal müdafiə xəttinin dayaqlarından sayılan Egemen Korkmazı məşqdən qovub. İstədiyini edə bilmədiyi üçün Egemenə bir neçə dəfə xəbərdarlıq edən Yanalın əsəbləri tarıma çəkilib. Nəticədə baş məşqçi futbolçudan məşq sahəsini tərk etməsini istəyib. Müdafiəçi paltardəyişmə otağına yollanarkən, “Yanlışlığa yol verirsən” deyib.
 
Yanal daha öncə Mussa Sou və Kristianı da eyni səbəbdən heyətdən kənarlaşdırıb, Emmanuel Emenikeni isə “ilk 11-lik”dən çıxarıb.
 
Qeyd edək ki, “Fənərbaxça” - “Beşiktaş” derbisi noyabrın 30-da “Şükrü Saracoğlu” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
 
lent.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər