“Barselona”ya məğlubiyyətə görə 96 illik klub dağıldı

“Barselona”ya məğlubiyyətə görə 96 illik klub dağıldı

İspaniyanın üçüncü liqasında çıxış edən "Eldense" klubu fəaliyyətini dayandırıb.

Buna Valensiya təmsilçisinin son turda "Barselona"nın B komandasına 0:12 hesabı ilə uduzması olub.

Böyükhesablı məğlubiyyətdən sonra rəhbərlik klubun fəaliyyətini dayandırdığını açıqlayıb. Klub mövsümün qalan matçlarına çıxmayacaq.

Qeyd edək ki, "Eldense" 1921-ci ildə yaradılıb. Son turda qeydə alınan nəticə klubun 1992-ci ildən sonra aldığı ən böyükhesablı məğlubiyyət olub.

Xatırladaq ki, "Barselona" B hazırda turnir cədvəlinin lideridir. "Eldense" isə sonuncu pillədə qərarlaşıb.("Qafqazinfo")

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər