Atasına sarıldı, sevinc göz yaşlarına boğuldu - Pyaniç "Barsa"ya transferini belə qeyd etdi (VİDEO)

Atasına sarıldı, sevinc göz yaşlarına boğuldu - Pyaniç "Barsa"ya transferini belə qeyd etdi (VİDEO)
Miralem Pyaniç "Barselona"ya transferini xüsusi şəkildə qeyd edib.
Fanat.Az jurnalist Xuan Dieqo Osorio Vilyatenin "Twitter" hesabına istinadən xəbər verir ki, Pyaniç "Barsa"ya keçidi münasibətilə ziyafət gecəsi təşkil edib. Bosniyalı futbolçu sevinc göz yaşlarını saxlaya bilməyib. O, atasına sarılaraq ağlayıb. "Xəyal gerçək oldu", - deyə gecənin qonaqlarından biri qeyd edib.
Katalon klubu Pyaniçə görə "Yuventus"a 60 milyon avro ödəyəcək. 5 milyon avro dəyərində bonuslar da anlaşmaya daxildi.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər