Barselonaya aparılacaq 15 uşağın adı nə vaxt açıqlanacaq? 

Barselonaya aparılacaq 15 uşağın adı nə vaxt açıqlanacaq? 

Barselonanın "Marset" akademiyasının 2008-2009-cu il təvəllüdlü azərbaycanlı uşaqlar arasında  apardığı seçimlər yekunlaşmaq üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ASTA-nın (Azerbaijan Sport Talents Academy) dəvəti və təşkilatçılığı ilə baş tutan, 3 gün davam edən seçimlərdə ümumilikdə 51 uşaq iştirak edib.

"Marset"dən seleksiya üçün Bakıya göndərdiyi məşqçilərin - Rivero Karlos Arias və Ragel Marmol Felipenin qərarına əsasən, iştirakçılar arasından daha istedadlı 20 uşaq seçilib. Dünən Barselonaya qayıdan mütəxəssislər yekun qərarlarını iyulun 7-də açıqlayacaqlar. Öncədən nəzərdə tutulduğu kimi, 15 azərbaycanlı uşaq ASTA-nın maliyyə dəstəyi hesabına qarşıdakı 4 il ərzində  futbolun sirlərinə "Marset" akademiyasında yiyələnəcəklər.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər