"Barselona"ya 15,7 milyonluq cərimə yazıldı

"Barselona"ya 15,7 milyonluq cərimə yazıldı

İspaniyanın Vergi Agentliyi "Barselona" klubunu 15,7 milyon avro dəyərində cərimələyib. 

Fanat.Az xəbər verir ki, Kataloniya təsmilçisinin 2019-cu ildə qayda pozuntusuna yol verməsi buna səbəb olub. 

Məlumatı "El Confidencial" yayıb. 

Xəbərə görə, futbolçulara "Audi" markalı avtomobillər verilməsində, oyunçuların çarter reyslərinin ödənişində və klubdan ayrılan Arda Turanla (1,3 milyon avro) Aleks Sonqanın (3,5 milyon avro) təzminatının ödənişində qayda pozuntuları aşkarlanıb. Nəticədə qurum klubu pul cəzasına məruz qoyub. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər