"Barselona"nın zədəlisi futbolçusunun vəziyyəti nə yerdədir?

"Barselona"nın zədəlisi futbolçusunun vəziyyəti nə yerdədir?

İki aydır zədədən əziyyət çəkən "Barselona"nın müdafiəçisi Andreas Kristensen fərdi məşqlərə başlayıb.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, danimarkalı futbolçu iki gündən sonra kollektiv çalışmalara qoşulacaq.

Xatırladaq ki, 26 yaşlı arxa xətt oyunçusu bu yay "Çelsi"dən ayrılaraq azad agent qismində Kataloniya təmsilçisinə keçmişdi. Kristensen UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda - Milan "İnter"i ilə səfər matçında (0:1) sıradan çıxmışdı. Onun klubu ilə olan müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər