"Barselona"nın yeni transferi koronavirusa yoluxdu

"Barselona"nın yeni transferi koronavirusa yoluxdu
"Barselona"nın yeni transferi Miralem Pyaniçdə koronavirus aşkarlanıb. 
 
Fanat.Az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
Özünü yaxşı hiss etməyən futbolçu kluba müraciət edib və aparılan koronavirus testinin nəticəsi pozitiv çıxıb. Bosniya və Herseqovina millisinin üzvünün evində karantinə alındığı bildirilib.
Qeyd edək ki, "Barselona" Miralem Pyaniçi bu yay 60 milyon avroya "Yuventus"dan transfer edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər