"Barselona"nın vunderkindi "Santyaqo Bernabeu"da alqışlanmasına münasibət bildirdi

"Barselona"nın vunderkindi "Santyaqo Bernabeu"da alqışlanmasına münasibət bildirdi

"Barselona"nın 16 yaşlı vingeri Lamin Yamal İspaniya yığmasının Braziliyaya qarşı "Santyaqo Bernabeu"da keçirdiyi yoldaşlıq görüşündə (3:3) əvəzlənərkən alqışlanmasından danışıb.

Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" vundekindin sözlərini belə çatdırıb:

"Fəxr edirəm ki, məni İspaniya millisinin forması ilə "Santyaqo Bernabeu"nun tribunaları alqışlayır. Buna görə çox şadam".

Xatırladaq ki, Yamal Braziliya ilə görüşdə komandasının vurduğu hər 3 qolda pay sahibi olub. O, 12-ci dəqiqədə komandasına penalti qazandırıb və "nöqtə"yə yaxınlaşan Rodriqo Ernandes hədəfdən yayınmayıb. Gənc oyunçu 36-cı dəqiqədə adını tabloya yazdıran Daniel Olmaya assistentlik edibsə, matçın sonlarına yaxın məhz Laminin Daniel Karvaxala verdiyi məhsuldar ötürmə növbəti penaltinin qazanılmasına yol açıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər