"Brayton"un vingeri Ansu Fati bu yay "Barselona"ya qayıda bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Diario Sport" yayıb.
Xəbərə görə, müqavilə ilə "Barselona"ya məxsus olan 21 yaşlı futbolçunun "Brayton"un baş məşqçisi Roberto de Zerbiylə xoş münasibəti yaranıb.
De Zerbi kataloniyalıların baş məşqçisi postunda Xavi Ernandesi əvəz etsə, o zaman Fatinin İspaniya nəhənginin düşərgəsinə qayıtmaq şansı yüksək olacaq.
Xatırladaq ki, "Brayton" Fatini keçən yay “Barselona”dan icarəyə götürüb. O, bu mövsüm "qağayılar"ın heyətində 17 matçda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa