"Barselona"nın yarımmüdafiəçisi Qavi komandanın baş məşqçisi Xaviyə dəstək olub.
Fanat.Az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında duyğusal paylaşım edib.
O, statusunda belə yazıb: "Öləncəyə qədər sizin yanınızdayam, mister".
Qeyd edək ki, 44 yaşlı mütəxəssis şənbə günü La Liqa matçında "Vilyarreal"a məğlubiyyətdən (3:5) sonra mövsümün sonunda klubu tərk edəcəyini açıqlayıb.