"Barselona"nın ulduzu uzun müddətə sıradan çıxdı

"Barselona"nın ulduzu uzun müddətə sıradan çıxdı

"Barselona"nın hücumçusu Ferran Torres La Liqanın 20-ci turunda "Osasuna" ilə matçda zədələnib. 

Fanat.Az xəbər verir ki, matçın 7-ci dəqiqəsində əvəz olunan və meydanı göz yaşları içində tərk edən futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib.

Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Mənbənin məlumatına görə, Torres bud nahiyəsindən zədələndiyi üçün təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacaq. 23 yaşlı futbolçunun "Alaves" (3 fevral), "Qranada" (11 fevral), "Selta Viqo" (17 fevral), "Napoli" (21 fevral) və "Xetafe" (24 fevral) ilə oyunları buraxacağı gözlənilir.

Ferran Torres 2023/24 mövsümündə "Barsa"nın heyətində 32 matçda iştirak edib, 11 qol vurub və 4 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər