"Barselona"nın ulduzu sıradan çıxdı

"Barselona"nın ulduzu sıradan çıxdı

"Barselona"nın vingeri Ousman Dembele sıradan çıxıb.

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Jirona" ilə matçda xəsarət alan futbolçuya bud əzələsinin zədələnməsi diaqnozu qoyulub.

Dembelenin sağalması üçün 3-4 həftə vaxt lazım olacaq. Belə ki, 25 yaşlı fransalı "Betis", "Sevilya", "Vilyarreal" və "Mançester Yunayted"lə matçları buraxmaq riski ilə üzləşib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər