“Barselona”nın ulduzu millimizin baş məşqçisindən DANIŞDI

“Barselona”nın ulduzu millimizin baş məşqçisindən DANIŞDI
“Barselona”nın ulduzu İvan Rakitiç İngiltərə mətbuatına müsahibə verib. O, müsahibəsində Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən də danışıb.
Xorvat ulduz jurnalistin “Sizin “Barselona”ya getməzdən öncə idealınız kim idi” sualına Prosineçki deyə cavab verib: “Mən uşaq ikən Robert Prosineçkinin “Barselona”da oyununu izləyirdim. O, mənim idealım idi. Hər zaman onun kimi olmağı arzulayırdım və xəyallarım “Barselona”da oynamaq idi. Artıq mən də Prosineçki kimi orda oynayıram”.(“Qafqazinfo”)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər