"Barselona"nın ulduzu məşqçi qızından ayrıldı

"Barselona"nın ulduzu məşqçi qızından ayrıldı

"Barselona"nın hücumçusu Ferran Torreslə kataloniyalıların və İspaniya millisinin keçmiş baş məşqçisi Luis Enrikenin qızı Sira Martines ayrıldıqlarını elan ediblər.

Fanat.Az "El Nasional"a istinadən xəbər verir ki, ayrılığın təıəbbüskarı Sira olub. 

Cütlük iki il idi ki, birlikdəydilər. Hətta Torresin Barselona şəhərini sevən Siraya görə il yarım əvvəl eyniadlı şəhərə köçdüyü bildirilirdi. Mənbənin məlumatına görə, "Barselona" bu yay Torresi sata bilər.

Bu mövsüm 43 matçda 7 qol vuran futbolçu 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər