"Barselona"nın ulduzu iki aylıq sıradan çıxdı

"Barselona"nın ulduzu iki aylıq sıradan çıxdı

"Barselona" daha bir ulduzunu uzun müddətə itirib.

Fanat.Az xəbər verir ki, zədə səbəbindən bir ay oynamayacaq Pedri ilə müqayisədə, Kataloniya klubunun müdafiəçisi Markos Alonsonun durumu daha ciddidir.

AS nəşrinin yaydığı məlumata görə, 33 yaşlı futbolçunun zədəsini sağaltması üçün ən azı iki ay vaxt lazım olacaq. Alonsonun belində problem var. Onun əməliyyat olunacağı gözlənilir. 

İspaniya çempionatının bu mövsümündə Markos cəmi 4 oyun keçirib. Müdafiəçinin müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Alonsonun transfer qiyməti 3 milyon avro qiymətləndirilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər