"Barselona"nın sabiq prezidenti Xosep Luis Nunyes vəfat edib.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Sabiq klub rəhbəri 87 yaşında dünyasını dəyişib. Nunyes 1978-2000-ci illər aralığında "Barselona"nın prezidenti olub. Komanda bu müddət ərzində 7 dəfə İspaniya çempionu olub, 6 dəfə İspaniya Kubokunu qazanıb. "Barselona" onun prezidentliyi dövründə 1992-ci ildə ilk dəfə Çempionlar Liqasının qalibi olub.
Fanat.Az