"Barselona"nın qoleadoru bunu 11-ci dəfə bacardı

"Barselona"nın qoleadoru bunu 11-ci dəfə bacardı

"Barselona"nın hücumçusu Robert Levandovski Polşada 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.

Fanat.Az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. 

Polşa millisinin kapitanı karyerasında 11-ci dəfə bu mükafatı alıb. Polşada ən yaxşı məşqçilər Çeslav Mixneviç və Marek Papşun olub. 2022-ci il dünya çempionatının finalında çalışmış hakim Şimon Marçinyak ilin şəxsiyyəti seçilib.

Robert Levandovski 2022-ci ildə "Bayern Münhen"in heyətində Almaniya çempionu olduqdan sonra komandadan ayrılaraq "Barselona"ya keçib. Robert bir neçə gün əvvəl İspaniya Superkubokunun finalında “Real Madrid”ə qalib gəlib.

Levandovski 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçirilən dünya çempionatında da iştirak edib. Polşa millisi qrupdan çıxsa da, pley-offda Argentinaya uduzaraq mübarizəni dayandırıb. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər