"Barselona"nın prezidentindən açıqlama: İvan Rakitiç gedir?

"Barselona"nın prezidentindən açıqlama: İvan Rakitiç gedir?
"İvan Rakitiç "Barselona”nın ən vacib futbolçularından biridi, baş məşqçi Ernesto Valverde də ona güvənir".
Fanat.Az xəbə verir ki, bu sözləri "Barselona"nın prezidenti Xosep Maria Bartomeu deyib.
Klub rəhbəri xorvat futbolçunun onlar üçün önəmli olduğunu bildirsə də, onun komandada qalıb-qalmayacağı ilə bağlı konkret fikir bildirməyib: "Futbolçuların məvaciblərində tənzimləmələr etməliyik. Mövsümün sonunda nə olacağını görəcəyik”.
Qeyd edək ki, "Barselona” ilə 2021-ci ilədək müqaviləsi olan Rakitiçin "Mançester Yunayted" və "Yuventus”un hədəfində olduğu bildirilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər