"Barselona"nın oyununa baxanda "Real"ın, "Real"ı izləyəndə isə "Barselona"nın çempion olacağını düşünürsən"

"Barselona"nın oyununa baxanda "Real"ın, "Real"ı izləyəndə isə "Barselona"nın çempion olacağını düşünürsən"
İspaniya millisinin sabiq qapıçısı Santyaqo Kanisares "As" nəşrinə müsahibəsində La Liqada çempionun kim olacağına dair sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, Kanisares çempionluğa əsas namizəd klubların - "Barselona" və "Real" - yaxşı oyun nümayiş etdirmədiyini qeyd edib:
"Bu sualın cavabı kimin oyununu izləməyinizdən asılı olaraq dəyişir. "Barselona"nın oyununa baxanda "Real"ın çempion olacağını düşünürsən. "Real"ın matçlarını izləyəndə isə adamda elə təsəvvür yaranır ki, "Barselona" çempion olacaq".
27 turdan sonra aktivində 58 xalı olan "Barselona" La Liqada turnir cədvəlinə başçılıq edir. İkinci sırada qərarlaşan "Real" liderdən 2 xal geri qalır.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər