"Barselona"nın kapitanına yeni klubunda fantastik maaş

"Barselona"nın kapitanına yeni klubunda fantastik maaş
"Barselona"dan ayrılacağı deyilən Andres İnyesta ilə bağlı yeni xəbər yayılıb.
Fanat.Az "Kataloniya Radiosu"na istinadən xəbə verir ki, "Roma"ya uduzduqdan sonra "Bəlkə də bu son Çempionlar Liqası matçım idi" deyən kapitanı Çinə transfer olunacaq.
Xəbərdə bildirilir ki, Çinin Super Liqa klublarından "Tianjin Quanjian" İnyesta ilə 3 illik ilkin protokol imzalayıb. 33 yaşlı futbolçu 3 il ərzində 37 milyon avro maş alacaq. Onun əlavə bonus və mükafatları da olacaq.
Qeyd edək ki, portuqaliyalı Paulo Souzanın çalışdırdığı "Tianjin Quanjian" klubunda braziliyalı Aleksandre Pato və belçikalı Aksel Vitsel kimi məşhur futbolçular çıxış edir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər